Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.

***
 
Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır. Azyaşlı tüstüdən boğularaq ölüb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb. Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
 
***
 
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib
Bakıda çoxmərtəbəli bina yanır. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.
Məlumata görə, binanın üzlüyü alışıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
 
.