Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən xəbərə görə, yanğın məktəbin ikinci mərtəbəsində olub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

.