Bakıda Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının 14-cü sessiyası keçirilir.
APA-nın məlumatına görə, iclasın açılışında Fondun vitse-prezidenti, yazıçı Çingiz Abdullayev qurumun prezidenti seçilib.
Bildirilib ki, rotasiya prinsipi əsasında bu vəzifə İsmayıl Safidən (Türkiyə) Çingiz Abdullayevə (Azərbaycan) təhvil verilir.
Xəzər və Qara Dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondu 4 mart 2009-cu ildə Buxarestdə Rumıniya prezidenti Trayan Besesku və prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır.
Təşkilatın İdarə Heyətinin üzvləri 20 ölkədən olan tanınmış şəxslərdir.
Buraya Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Rumıniya, San Tome və Prinsipi, Serbiya, Türkiyə, Ukrayna, Xorvatiya, Monteneqro, İsveçrə və Cənubi Afrikadan olan siyasətçilər, diplomatlar və alimlər daxildir.