Bu gün səhər Bakının Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki "Karl Markıs" dairəsində qəza olub.
Taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil, xanım polis kapitanın idarə etdiyi 99 LR 515 dövlət nömrə nişanlı "KİA Sportage” markalı maşınla toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib.
