Bakıda köşkdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 3 000 manat dəyərində tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Orucov saxlanılıb.

Sumqayıtda isə mebel mağazasında oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mebel mağazalarının birindən 2 700 manat, bir dəmir qapı sexindən isə 400 manat pul oğurlamaqda  şübhəli bilinən Sumqayıt sakini H.Nurəliyev saxlanılıb.

.