Dünən Nəsimi rayonu, A.Səhhət küçəsində "İnşaatçı" MTK-nın  ağır texnikasının işləməsi və svayların vurulması zamanı həmin ünvanda 49 yaşlı Arif Sadıqova məxsus ev dağılıb. Birotaqlı, ümumi sahəsi 18 kvadratmetr olan mənzilin divarının bir hissəsi uçub. Baş vermiş qəza zamanı ev sahibi yüngül xəsarət alıb. (milli.az)
.