Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinəFövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və3 helikoptericəlb olunub.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Əlavə məlumat veriləcək.


*** 

"EuroHome” tikinti materialları bazarı ərazisində başlayan yanğınla bağlıFövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

FHN-dən "Report"a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


*** 

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.

"Report” xəbər verir ki,Binəqədi rayon ərazisində yerləşən"EuroHome” tikinti materialları bazarıyanır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlbolunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

.