"FHN-in Nərimanov və Binəqədi rayon yanğından mühafizə bölmələrinin 16 texnikası və 80 nəfərə yaxın canlı qüvvəsi hadisə yerinə cəlb olunub".
Bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın 18 dəqiqəyə söndürülüb: "İki mərtəbəli obyektin birinci mərtəbəsi quru meyvələr satışı bazası, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərib. Restoran hissəsi təxminən 240 kvadratmetr sahədə yanıb. Obyektin birinci mərtəbəsi və qonşu obyektlər yanğından mühafizə olunub. Məhsullar xilasedicilər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub".
Rəis müavini bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb: "Yanğının səbəbləri araşdırılır".
***
Bakıda birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərən ikimərtəbəli tikilidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
