Bakıda ticarət mərkəzlərindən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, oğurluq etdiklərinə görə tutulmuş Ə.Abbasovun və Ə.Abbasovun ətraflarında Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 5-dən fevralın 7-dək olan müddətdə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki 4 anbardan ümumilikdə 27 min manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən edilib.

.