Bakıda ticarət mərkəzində orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

"Sədərək" ticarət mərkəzində 1987-ci il təvəllüdlü Bayramov Eltən Arif oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
.