Bakıda tibbi müəssisəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dekabrın 22-də rayon ərazisindəki tibb müəssisələrinin birindən 14 ədəd kompyuter və 2 monitorun oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S. Mehdiyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.