Bakıda taxta emalı sexində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsində taxta emalı sexində yanğın olması barədə məlumat daxil olub. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. 

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.  

Yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

.