ANS televiziyasının sabiq əməkdaşı Hüseyn Azərinə ağır itki üz verib.
Hüseyn Azərinin qardaşı Cavid Azərin dənizdə batıb. Məlumata görə, onlar özəl çimərlikdə istirahət edirlərmiş.
Hüseyn Azərin AzNews.az-a açıqlamasında bildirib ki, hadisə onun gözünün qarşısında baş verib:
"Cavid gözümün qabağında batdı. Sonra onun meyitini özüm çıxartdım. Düşünün ki, qardaş üçün nə qədər çətindir”.
