Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının rəsmi açılış mərasimi başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Kristal Zalında keçirilən mərasimdə iştirak edir.

İyunun 4-də başa çatacaq mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar.

Çempionatda Azərbaycanı Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. Cavad Ağayev (68 kq) isə bu gün dayanq üzərinə çıxıb və 1/16 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.

.