Bakıda əcnəbi vətəndaş bıçaqlanıb.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Hosteldə qeydə alınıb. Orada qalan, Şri-Lanka vətəndaşı, 1986-cı il təvəllüdlü Conara Mudiyanselage Damid Nalinda Ariyabasa bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
.
