Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 67 m² olan birmərtəbəli 3 otaqlı tikilidə (tikiş sexi kimi fəaliyyət göstərir) yanğınla nəticələnən partlayış baş verib.

Virtualaz.org FHN-in saytına istinadən xəbər verir ki, nəticədə 2 otağın yanar konstruksiyaları 37 m² sahədə yanıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
.