Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Dövlət Akademik Filarmoniyasının yaxınlığında 10 saylı "BakuBus" sərnişin avtobusu ilə “Toyota” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

.