Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində 161 saylı xətt üzrə hərəkət edən avtobusda 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürək tutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
.