Bakıda restoranda atışma – 1 ölü, 1 yaralı - Xüsusi təyinatlılar əməliyyata başlayıb - VİDEO
10-08-2018 10:10
6,505 oxunub
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
BAKU.WS"report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub. Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.
Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.