Bakıda mağazaya bıçaqla basqın edilib.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək işlədiyi Gəncə prospektində yerləşən “Oba” marketdə olduğu zaman bir nəfər üzündə tibbi maska olan şəxsin əlində bıçaqla daxil olaraq onu hədələyib, kassadan 1200 manat götürdüyünü bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

.