Noyabrın 6-da saat 00:30 radələrində Nəsimi rayonu Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirməkdə şübhəli bilinən, paytaxt sakini 1987-ci il təvəllüdlü C.Zeynalov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən müəyən olunaraq tutulub.
Saxlanılan şəxs əvvəlllər xuliqanlıq, oğurluq və narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb. O, 2015-ci ildə azadlığa çıxıb.
Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən təsdiqləyiblər.(apa)
.
