Bakının Sabunçu rayonunda qonşular arasında baş vermiş dava zamanı daha bir nəfər bıçaq xəsarəti alıb.

APA xəbər verir ki, paytaxt sakini Elvin Əhmədovla yanaşı, onun qohumu - 1962-ci il təvəllüdlü Əhmədov Seyran Həmid oğlu da bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

10:02

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Əhmədov Elvin Seyran oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı paytaxtdakı özəl klinikaların birinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

.