
Müraciət əsasında araşdırma aparılır.
Bakının mərkəzindəki barlardan birində xuliqanlıq hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, 9-cu Polis Bölməsinə müraciət edən Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Qəmbərova Gülsüm Zaur qızı (soyadlar və adlar şərtidir) Nigar Rəfibəyli küçəsi 7 ünvanında yerləşən "Stop" barında tanışı tərəfindən döyüldüyünü bildirib.
Gənc qadın qeyd edib ki, onu xuliqanlıq zəminində döyərək xəsarət yetirən şəxsin adı Əyyub olub.
Müraciət əsasında araşdırma aparılır.