Hövsan qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Bakıxanov qəsəbəsində avtomobillə yolun kənarında dayanmış Çərkəz Ələsgərova tanımadığı bir neçə nəfər yaxınlaşaraq onları Hövsan qəsəbəsinə aparmalarını xahiş ediblər. Ünvana çatan zaman isə sürücü ilə sərnişinlər arasında dava düşüb.

Dava zamanı sərnişinlərdən biri sürücünün boğazını kəsərək qətlə yetirib.

Hadisədən sonra cinayət törətmiş şəxslər avtomobili götürüb qaçıblar. Qətlə yetirilən şəxs tikintidə fəhlə işləyirmiş. Onun bir azyaşlı övladının olduğu bildirilir.

***

Bakıda qətl törədilib.

Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Çərkəz Ələsgərov naməlum şəraitdə qətlə yetirilib.

Hazırda Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır. Qətli törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

.