Bakı şəhər sakini Bəxtiyar Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən paytaxt sakini İ.Ağasənov saxlanılıb.
.
