Bakıda qadın liftin qapıları arasında qalaraq ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.

 

Faktıla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

.