
Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
Hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu həyat yoldaşı 1986-cı il təvəllüdlü Musayeva Elnarə Əlimusa qızına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra Y.Cəfərov özünü bıçaqlayıb. Hadisə nəticəsində hələlik ad-soyadı bilinməyən qadın çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Y.Cəfərov isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, onların birgə nikahdan iki övladı var.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
.