Bakıda piyada özünü nüfuzlu şəxsin avtomobilinin qarşısına ataraq hay-həşir salıb və guya ağır xəsarət aldığını göstərmək üçün dəhşətli qışqırıq qoparıb.
Virtualaz.org saytı xəbər verir ki, bu maraqlı insident barədə 1news.az yazır.
Şəxsiyyəti göstərilməyən piyada özünü general,hüquq elmləri doktoru, professor, Rusiya Ədliyyə Nazirliyinin dövlət müşaviri Xanlar Ələkbərovun avtomobilinin qarşısına ataraq guya piyadanın vurulması görüntüsünü yaradıb. Ancaq avtomobildə videoreqistratorun quraşdırılmasından xəbərsiz olub.
Videoregistratorun qeydə aldığı kadrlardan görünür ki, avtomobil qarajdan çıxaraq aşağı sürətlə təzəcə hərəkətə başlayarkən əlində salafan torba, başında şlyapa olan orta yaşlı kişi özünü avtomobilin qarşısına atır.
Sürücü dərhal reaksiya verir və avtomobili saxlayır. Buna baxmayaraq avtomobilə yavaşdan toxunan piyada dəhşətli qışqırıq qoparır, ətrafdakılara ağır xəsarət aldığını göstərməyə çalışır.
Maraqlıdır ki, ətrafdakılar onun fırıldağına bələd imiş kimi heç bir reaksiya vermirlər. Ancaq onunla əlbir olduğu ehtimal edilən qadın yaxınlaşır və avtomobili döyəcləyir.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlir və onlar sürücünü piyadanı vurmaqda günahlandırıb izahat üçün bölməyə getməsini tələb edirlər.
Ancaq polislər də avtomobildə videoreqistratorun olmasından xəbərsiz idilər. İnsidentlə bağlı Xanlar Ələkbərov daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova, habelə Rusiyanın Bakıdakı səfirliyinə müraciət edib.
Binəqədi Rayon Polis İdarəsi insidenti şərh etməyib. Bakıda özünü qəsdən avtomobillərin qarşısına ataraq sürücüləri şantaj edən fırıldaqçıların peyda olduğu haqda bundan əvvəl də xəbərlər var idi.
.