Paytaxtın Xətai rayonunda piyadalar üçün müəyyən edilməmiş yoldan keçən gənc oğlanı maşın vurub.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü zərərçəkmiş Atayev Atakişi Vüqar oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.
.