Mayın 20-də Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Əmircan qəsəbəsində yaşadığı evdə intihar edən 59 yaşlı Kərim Əzizovun məktubu tapılıb. O, məktubunda bildirib ki, xəstəliyinin verdiyi ağrılara görə yaşaya bilmir: "Məni bağışlayın, ağrılara dözə bilmirəm. Kimsədə günah görməyin, artıq yaşamaq istəmirəm".
Qeyd edək ki, K.Əzizov xəstəliyi ilə əlaqədar bir neçə dəfə əməliyyat olunubmuş. Onun asılı vəziyyətdə qalmış meyitini mayın 20-si səhər saatlarında həyat yoldaşı aşkarlayıb.
K.Əzizov 2 uşaq atası olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
20 may
Bu gün Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu Əmircan qəsəbəsi Vaqif küçəsi ev 194, mənzil 6 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Əzizov Kərim Nəcəf oğlu özünü asaraq intihar edib. O, səhər saatlarında həyətdəki dəmir borudan özünü asıb. Yuxudan oyanan ailə üzvləri K.Əzizovun asılı vəziyyətdə qalmış meyitini görüb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
