Bakıda orta yaşlı kişini avtomobil vurub.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib.
Nərimanov rayonu ərazisində yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Quliyev Ramid Hüseynalı oğlunu minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
.