Bakının Suraxanı rayonunda bir nəfərin bıçaq xəsarət alması ilə nəticələnən dava baş verib.

"Report"un məlumatına görə, hadisə Hövsan qəsəbəsində, Dənizkənarı küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Fətullayev Müşviq Səməd oğlu naməlum şəxslə mübahisə edib. Əlbəyaxa dava zamanı M.Fətullayevin sol ayağına bıçaqla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib.
.