Paytaxın Səbail rayonunda evlərin birinin qarşısından 1880 manatlıq velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən Ə.Həsənov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində iki nəfərdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 800 manat ziyan dəyməsi barədə polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Muradov və əvvəllər məhkum olunmuş 34 yaşlı V.Rzayev müəyyən edilərək saxlanılıblar.

Nəsimi rayonunda isə köşkdən 1114 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 21 yaşlı B.Səməndərov, 19 yaşlı E.Sadıqzadə və 18 yaşlı B.Cəbrayılzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

.