Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb. "Mercedes" markalı avtomobil marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. 
 

.