Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması barədə yayılan xəbərə aydınlıq gətirilib.

Məktəbdən verilən açıqlamaya görə, VIIIa sinif şagirdinə (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda IXb sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarət yetirilib.

Dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

.