Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir.

 

İclasda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak edir.

 

Xatırladaq ki, MDB üzv dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası ötən il 24 iyunda Belarusun paytaxtı Minsk şəhərində keçirilib.

Şuranın bu il keçirilən iclasının Bakıda təşkil olunması qərara alınıb.

.