Bakıda maşından 1000 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində "Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri C.Şirəliyev saxlanılıb, onunla birlikdə olmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
.