Bakıda marşrut avtobusu yolu keçən piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 8-də saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi "Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.(apa)
.
