Bakıda M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat və müşahidə kamerasının yaddaş qurğusu oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Budaqov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.