Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Təhsil Nazirliyindən verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb.

İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

***

Bakıda külək məktəbin damını uçurub.

Hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Paytaxtda əsən güclü külək səbəbindən Pərviz İsmayılov adına 278 sayılı məktəbin damı uçub.

Şahidlərin sözlərinə görə, hadisə vaxtə xoşbəxtlikdən ərazidə adam olmayıb.
 

 

.