Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyatı hansı obyektdə keçirdiyi məlum olub.
Əməliyyat Xətai rayonundakı "Qarabağ" restoranında keçirilib.
Restoran rəhbərliyinin karantin qaydalarını pozduğuna görə cərimələnəcəyi gözlənilir.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat kriminal aləmin nümayəndələrinə qarşı keçirilb. Əməliyyat zamanı xeyli şəxsin saxlanıldığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hazırda əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
.
