Bakının Sabunçu rayonunda kişi yüksək həddə narkotik qəbulundan sonra ölüb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oktyabrın 8-də 1974-cü il təvəllüdlü Cavad Qurbanov Sabunçu qəsəbəsində evində ölüb. İlkin məlumatlara görə, ölüm hadisəsi yüksək həddə narkotik maddə qəbulundan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün ərzində paytaxtda narkotik maddələrin və psixotrop dərmanların qanunsuz dövriyyəsi ilə bağlı iki fakt aşkarlanıb.  

.