Bakıda sabah işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgilərində müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə sərgi ərəfəsində keçirilən mətbuat konfransında çıxış edən "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, builki sərgidə ziyarətçilər yalnız dəvətnamə ilə iştirak edə biləcəklər: "Yəni adi insanlar üçün sərgi açıq deyil. Nəzərə alsaq ki, sərgilər peşəkar platforma olduğuna görə biz yalnız dəvətnaməsi olan, onlayn qeydiyyatdan keçən mütəxəssislər üçün sərgini açacağıq. Ümid edirəm, bu məhdudiyyətlər yaxın müddətdə götürüləcək və bundan sonra ənənəvi olaraq sərgiləri ziyarət etmək istəyən şəxslər gələ biləcəklər. Amma bu il üçün bəzi məhdudiyyətlər nəzərdə tutulur".

.