Bakı şəhərində karant rejimini pozan şəxsdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi RPİ 6-cı Polis Bölməsinin  əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb.

.