Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 36 yaşlı paytaxt sakini V.Cəfərov idarə etdiyi "KamAZ"la piyada keçidini keçən 2 məktəblini vurub. Bizimyol.info xəbər verir ki, qəza nəticəsində 10 yaşlı Zivər Feyzullayeva hadisə yerindəcə keçinib. 9 yaşlı Hüseyn Mikayılov isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.
.