Bakıda "Kamaz” 10 yaşlı uşağı vuraraq öldürüb.
Hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1992-ci il təvəllüdlü Vüqar Paşayev idarə etdiyi "Kamaz” markalı yük maşını ilə qəsəbə sakini 10 yaşlı Ayxan Hüseynovu vurub. Uşaq hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
.
