Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 108/118 ünvanında yerləşən "Papa Cinema lounge" kafedə baş verib.

Paytaxtın Səbail rayonu, Bülbül prospekti ev 2, mənzil 80/82-də yaşayan Qasımov Əliyar Ərəstun oğlu həmin kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsi və kürək nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, yaralının vəziyyəti ağır olduğundan dinidirilməsi mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
.