Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb.

Bu barədə Respublika Yanıq Mərkəzindən bildirilib. Qeyd olunub ki, 1974-cü il təvəllüdlü Natiq Zahid oğlu İbrahimov ötən gecə aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib. Hazırda hadisə zamanı xəsarət alan ikinci yaralı, 1965-ci il təvəllüdlü Şəkər Xosrov qızı İbrahimovanın müalicəsi davam etdirilir.


Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
.