FHN-dən Trend-ə verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 80 kv.m olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin və dəhlizinin lambirdən ibarət tavanı 22 kv.m sahədə, mətbəx mebeli 2 kv.m sahədə yanıb, yüksək temperaturdan plastik qapı qismən əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən erilən digər məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 50 kv.m olan tikilinin (fəaliyyət göstərməyən çay evi) giriş qapısı və içərisində avtomobil təkəri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
.