
Bakıda 9 mərtəbəli binadan özlərini atdığı deyilən yeniyetmə qızların kimliyi məlum olub.
Qaradağ rayon, Lökbatan qəsəbəsində binadan özlərini atdığı deyilən qızlar Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızıdır.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
***
Bakıda dəhşətli hadisə baş verib.
Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Hazırda ölənlərin kimliyi araşdırılır.
.